Adı GÜNDÜZ, əməlləri QARANLIQ Gündüz Əliyev 

 

Zakir Fərəcovun müavini deyir ki, mən qaranlıq işlərin ustasıyam…

 

Barəsində cinayət işi açılan Gündüz Əliyev Sumqayıt ŞİH-dən və dərs dediyi SDU-dən qovulmalıdır…

 

Cənab təhsil naziri, Gündüz Əliyevin universitetdə tələbələrə dərs keçməyə mənəvi haqqı varmı..?

 

AYDIN kişinin 5 milyon dövlət vəsaitini mənimsəyən oğlu QARANLIQ Əliyev həbs olunmalıdır…

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi”nin müdiri Gündüz Aydın oğlu Əliyev barəsində ölkə mediasında yazılanları vərəqləyəndə qeyri-ixtiyari olaraq məşhur “Romeo mənim qonşumdur” filmindəki “Mən qaranlıq dəlisiyəm” ifadəsi düşdü.

Doğrudan da, bu adamın əməlləri ilə tanış olanda Gündüz Əliyevin bu günədək həbs olunmaması təəccüb doğurur.

Təsəvvür edirsiniz fəlsəfə doktoru olan Əliyev Gündüz Aydın oğlu həm də Sumqayıt Dövlət Universitetinin baş müəllimidir.

Fikir verdinizmi, həm Sumqayıt ŞİH-də şöbə müdiri, həm də SDU-də baş müəllim.

Görəsən Gündüz Əliyev öz tələbələrinə nədən dərs keçir..? Yəqin ki, şübhəsiz, rüşvət almağın yollarından, korrupsiya əməllərindən, yalançılıqdan, iş adamlarına kələk gəlməkdən və daha nələrdən…

Universiyetin baş müəllimi olan Gündüz Əliyev həm də quşxana saxlayır. Belə ki, onun Sumqayıtda mebel sexləri, Bulvarda restoranı, İdman zalı və daha nələri.

Və Gündüz Əliyevin idman zalları gecələr “quşxana” kimi fəaliyyət göstərir. Görəsən Sumqayıt şəhərinin hüquq-mühafizə orqanları bunu görmür..?

Gecələr “quşxana” işlədən adam SDU-da necə baş müəllim ola bilər..?

Ümid edirik ki, cənab Elm və təhsil naziri Emin Əmrullayev bu məsələyə öz münasibətini bildirəcək.

Bütün bunlar azmış kimi Gündüz Əliyev Sumqayıt Şəhər Səhiyyə şöbəsini də öz kurasiyasına keçirib. Belə ki bacısını şəhər səhiyyə şöbəsinə Baş mühasib təyin etdirən Gündüz Əliyev xəstəxanalara ayrılan dövlət vəsaitini də öz bildiyi kimi dövr etdirir. Və…

Baş Prokurorluğun yaydığı son məlumatda deyilir:

“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaqla tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.

Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırmaqla mənimsənilib.

Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İndi sual olunur ki, barəsində CM-nin bir neçə maddəsi ilə cinayət işi açılan Gündüz Əliyev necə Sumqayıt ŞİH-də işləyir..?

Bunu nə üçün işdən qovmurlar..?

Bu adam 10 gündən sonra SDU-də tələbələrin qarşısına necə çıxacaq..?

Cənab Zakir Fərəcov !

Cənab Emin Əmrullayev!

Bu sullara sizdən cavab gözləyirik.

XALQ.AZ ünvanlanan sahibkarların müraciəti