AGAT beynəlxalq təşkilata üzv oldu

 

9

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) rəhbəri Gülsel Səfərova və qurumun fəalı Nigar Hüseynova noyabrın 1-4-də Avropanın Gənc Federalistləri Təşkilatının (JEF) Parisdə keçirdiyi “Paris Avropa Konqresi-2013” adlı tədbirdə iştirak etmişlər. Bu barədə AGAT-ın mətbuat xidmətindən Xalq.az -a məlumat verilmişdir.
Tədbirdə AGAT Avropanın Gənc Federalistləri Təşkilatına üzvlük üçün namizədliyini irəli sürmüşdür. Konqresdə AGAT haqqında təqdim edilən videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. AGAT tam səs çoxluğu ilə ilkin mərhələdə JEF-in üzvlüyünə qəbul olunmuş və Azərbaycanda bu təşkilatın rəsmi nümayəndəliyi kimi qeydiyyata alınmışdır.
JEF Avropanın 30 ölkəsində fəaliyyət göstərir. İctimai-siyasi proseslərdə fəal iştirak edən bu qurumda hazırda Azərbaycandan heç bir təşkilat təmsil olunmur.