Alı Alıyevin biznesi strategiyası

 74

 

Fizulidə   icra başçısı sakinləri məcbürən od alovun içinə atır

 

 

 

 

Bu günlərdə redaksiyamıza Fizuli rayonundan gələn məktubların ardı-arası kəsilmir. Məlumatlardan birində deyilir. Xahiş edirik bizim məlumatları dərc edin və içtimayyətə çatdırın. Bizim məlumatları  yeni təyin olunmuş Müdafiə Naziri Zakir Həsənov cənablarına və digər aidiyyətli qurumlara sorğu göndərin. Görək, Fizuli rayon İH başçısı Alı Alıyevin rayonun cəbhə bölgəsində sərhəddin təhlükəli bir yerində ferma yatağı tikdirdiyindən və həmin fermada uşaqlı, böyüklü, beş-altı nəfər bir tikə çörək üçün onun heyvanlarına baxan insanları təhlükəyə sövq etdiyindən xəbərləri varmı və əgər varsa bu qanuna uyğundurmu? Əgər uyğun deyilsə buna niyə göz yumulur?

 

Başqa bir məlumatda A.Alıyevin Fizuli rayon Molla Məhərrəmli camaatının etirazlarına məhəl qoymadan beş minə yaxın qoyun və mal-qara sürüsünə həmin kəndin əkin sahələrini və otlaqlarını otartdırır. Sanki, ata-babasından qalmış özəl torpaqları kimi.

 

Bir də, keçən saylarımızın birində, barəsində yazmış olduğumuz evlərin təmirinə dövlət rəhbərinin sərəncamı ilə ayrılan pulları əsaslı təmir əvəzinə beş-altı min manata üzdən mütəlla cari təmir etdirərək, evi təhvil verdiyi sahiblərinə otuz beş minə başa gəlməsi haqqında akta imza atdırır.

 

Araşdırmalarımız davam edir

 

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq