Hakimiyyətin qarşısında duran ən başlıca hədəf Azərbaycanın inkişafıdır

94

 

 

“Dünyanın bir çox xalqları öz tarixinin qızıl dövrünü öz keçmişində axtarır. Azərbaycan isə öz qızıl dövrünü yaşamaqdadır. Son 20 il ərzində keçdiyimiz inkişaf tarixi bunu söyməyə əsas verir”. AZADİNFORM xəbər verir ki, bu barədə açıqlama ilə YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan xalqı prezident seçkilərində yenidən İlham Əliyevə səs verib: “Azərbaycan vətəndaşları İlham Əliyevi dəstəkləməklə, Heydər Əliyevin əsasını qoyduğu uğurlara müsbət münasibətlərini bildiriblər”.

Ə.Əhmədov qeyd edib ki, hakimiyyətin qarşısında duran ən başlıca hədəf Azərbaycanın inkişafıdır: “Azərbaycan vətəndaşına onun layiq olduğu həyatın təmin edilməsi hədəflər sırasındadır. Ən mühüm hədəflərdən biri də həm regional, həm də beynəlxalq müstəvidə etibarlı gücün təmin edilməsindən ibarətdir”.