AMB-yə baş direktorlar təyin olunub

Azərbaycan Mərkəzi Bankının  (AMB) rəhbərliyində dəyişiklik edilərək quruma daha iki baş direktor təyinatı həyata keçirilib.

XALQ.AZ-ın AMB-yə istinadən verdiyi xəbərə görə, yeni təyin olunan baş direktorlar – Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyevdir.

Beləliklə, AMB-də baş direktorların sayı 6-ya çatdırılıb. Digər baş direktorlar – Akşin Vəzir oğlu Vəliyev, Rəşad Temraz oğlu Orucov, Ziya Zəfər oğlu Əliyev və Vüqar Ramin oğlu Əhmədov  fəaliyyətlərini davam etdirirlər.