Vilayət Eyvazov Kamran Əliyevlə bağlı əmr imzaladı

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev tutuduğu vəzifədən azad edilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, R.Quliyev BDYPİ-nin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Kamran Əliyev BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə  gətirilib.

K.Əliyev faktı təsdiqləyib.

Qeyd edək ki, məlum təyinatla bağlı xəbəri “avtosfer.az” saytı yayıb.