Arzu Rəhimov Sabirabadda vətəndaşlarla görüş keçirəcək

11

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşları qəbul edəcəkdir

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 19-da saat 10:00-da Xidmətin Sabirabad rayon şöbəsinin inzibati binasında (Sabirabad şəhəri, Füzuli küç. 9) Kürdəmir, Hacıqabul, Zərdab, Ağcabədi, Ağdam, İmişli, Beyləqan, Füzuli, Saatlı, Sabirabad rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcəkdir.
Qurumun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbula yazılmaq istəyən vətəndaşlar oktyabrın 18-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.