Ağdaşda əmək yarmarkası keçirilib

 

10

Ağdaşda keçirilən növbəti əmək yarmarkasında 83 nəfər işə göndəriş almışdır

Ağdaş rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə sentyabrın 25-də növbəti əmək yarmarkası keçirilmişdir.
AzərTAc xəbər verir ki, əmək yarmarkasının açılışında çıxış edən Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Xətai Mehrəliyev, rayon icra hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə, rayon məşğulluq mərkəzinin direktoru İlqar İsmayılov ölkəmizin sosial-iqtisadi inkişafı, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışlar.
Yarmarkaya 38 müəssisə və təşkilat tərəfindən 191 vakant iş yeri çıxarılmışdır. Həmin iş yerlərinə görə təklif olunan əməkhaqqı 120-350 manat təşkil etmişdir. Yarmarkada iştirak edən 425 işaxtarandan 83-ü öz istəyinə və ixtisasına uyğun işə göndəriş almışdır. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işləməyə üstünlük vermişlər.
Qeyd edək ki, bu ilin 8 ayı ərzində Ağdaş rayon Məşğulluq Mərkəzi tərəfindən qeydiyyata alınmış 193 iş axtaran vətəndaşdan 144-ü münasib işlə təmin olunmuşdur.