Ata Abdullayev döyülüb?

Mətbuatda videoblogger Ata Abdullayevin döyülməsi haqda məlumat yayılıb. Videoblogger məsələyə öz Facebook səhifəsində açıqlama gətirib.

XALQ.AZ xəbər verir ki, onun sözlərinə görə, yayılan xəbərlərin heç bir əsası yoxdur və özü tam sağlamdır.

“Şərəfini itirmiş bəziləri Ata Abdullayevdən yazırlar,və öyrəndimki məndən niyə yazırlar. Güya məni döyüblər. Ancaq bu mümkün olan şey deyil. Biz hüquqi bir dövlətdə yaşayırıq. Öyrəndim ki, onlar kimlərindir. Sən demə son zaman çəkdiyim videolarda qanuları pozanları ifşa edənlərin sifarişi ilə məndən sosial şəbəklərdə yazırlar.

Ata Abdullayev çəkdiyi görüntülər üçün peşman olmadığını qeyd edib:

“Qanun pozanları ifşa edib cəmiyyətə göstərməyim üçün peşman deyiləm. Belə yalan məlumat yayanlar sadəcə cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Onlar şəxsi məqsədləri üçün pul qarşılığında dövlət qanularına qarşı çıxırlar. Siz bilinki Ata Abdullayev ola bilməzsiniz. Artıq insanlar bilir mətbuatda kimi izləmək lazımdır kimi yox.

Həmçinin videoblogger, qanunları ali bilib hörmət edtiyini bildirib:

“Bilin sağam, sağlamam hüquqi dövlətdə yaşayıram. Məni döymək, vurmaq çətindir. Çünki Azərbaycan hüquqi dövlətdir. Mən öz yerimi bilən insanam, mən qanunları sevən və hörmət edən biriyəm. Mən pula görə əqidəmi satan biri deyiləm”

İndi gedin rahatlanin bəzi saytişələr. Kişi olun düz yazin yazanda. Paylaşin pesi saytişələr baxsin

Gepostet von Ata TV am Samstag, 2. Mai 2020

XALQ.AZ