Azərbaycan dövləti bütün dövlətlərə qarşı dostluq və əməkdaşlıq mövqeyində çıxış edir

30 ildən çox düşmən tapdağinda qalan ata-baba torpaqlarımızı işğaldan azad edən şanlı Azərbaycan Ordusu dünya tarixinə qızıl hərflərlə “Zəfər” sözünü həkk elədi.Ermənistan və onun havadarlarının tarixi torpaqlarımızı əbədi işğal altında saxlamaq niyyətləri puç oldu.Dövlət və xalq birliyi “Dəmir yumruğ” a dönüb düşmənin başına endi.Beləliklə,Azərbaycan xalqı bütün gücünü səfərbər edərək  qələbəyə  imza atdı,bütün dünyaya özünün haqq savaşında qalıb  olduğunu sübut etdi.

Ölkəmiz  müharibədən sonrakı dövrdə xalqımızın sosial – iqtisadi rifahının yüksəldilməsinin təmin edilməsini , dünya ölkələri arasında Azərbaycanın beynəlxalq nüfuzunun artmasını , uzun illər işğal altında qalmış və dağıdılmış  şəhərlərin,kəndlərin salınmasi ilə əlaqədar tikinti- quruculuq işlərinə başladılmasını , tarixi abidələrin bərpasını,yeni elektrik stansiyalarının,teleqüllənin təməlinin qoyulmasını, beşulduzlu otellərin inşasına başladılmasını qarşıda duran əsas vəzifələr  hesab edir.

Bu baxımdan dövlətimizin Cənubi Qafqazda sülh və təhlükəsizlik prinsipinə riayət edərək siyasi sabitliyin bərqərar olmasına dair atdiğı addımları təqdirəlayiq hadisələr hesab etmək lazımdır.Sərhədlərimizin müəyyənləşdirilməsi və nəqliyyat dəhlizlərinin yaradılması yeni layihə və planlara daxildir. Azərbaycan Respublikasının yerləşdiyi və hazırda qeyri-sabit olan region dostluq və əməkdaşlıq ruhlu regional və beynəlxalq tərəfdaşlarla birlikdə inkişaf üçün səmərəli istifadə oluna biləcək geniş potensiala və imkanlara malikdir. Azərbaycan Respublikasının zəngin təbii ehtiyatları ölkənin çiçəklənməsi və milli rifahın təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir.

2022 ci il 18 may tarixində Bakıda keçirilən Azərbaycan və Litva prezidentləri , İlham Əliyev və Gitanas Nausedanin  görüşünə  aralarındakı  müəyyən coğrafi məsafənin olmasına baxmayaraq iki dövlət arasında  güclü siyasi əlaqənin olduğunu əminliklə söyləməyə haqq  verir.İkitərəfli əlaqələrin inkişafı üçün ictimai həyatın müxtəlif sahələrində ,o cümlədən informasiya texnologiyalarından başlayaraq kənd təsərrüfatı , turizm,bizneslə bağlı söhbətlərin aparılması buna bariz nümunədir.

Azərbaycan dövləti bütün dövlətlərə qarşı dostluq və əməkdaşlıq mövqeyində çıxış edir.

 

Nəsimi rayonu 14 N-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi

Mamedova Elnurə