Etibarlı dostluq

Azərbaycan respublikasının Prezidenti Cənab İlham Əliyevin 18 may tarixli bəyanatı ilə əlaqədar çıxışını izlədik.Bir daha hər sahədə olduğu kimi bu çıxışı bir çox  dünya ölkələrinin ölkəmizə olan inam və etibarından xəbər verdi.Başlıca məqsəd bir sıra ölkələrlə qurulan  siyasi, iqtisadi əlaqələrin müsbət nəticələrlə qurulmasıdır .  Azərbaycan- Litva dövlətləri arasında olan,bərkiyən illərdən bəri güclənən strateji tərəfdaşlıq məhz etibara inama söykənmişdir ki, bu da eyni zaman da iqtisadi ,ticarət əlaqələrinin qurulmasına da böyük təkan   verəcək  .Dünya bizə inanır ,etibar edir .Bəli,İkinci Qarabağ  muharibəsində qazandığımız uğurlu nəticə ölkənin şərəf və ləyaqətini hər şeydən üstün tutan etibarımızı, mərdliyimizi, şücaətimizi ,igidliyimizi ortaya  qoydu .Biz hər zaman sülsevər  dövlət olmuşuq. Bu da onu sübut edir ki, məkrli  Ermənistan dövlətindən başqa bütün sərhədyanı dövlətlərlə münasibətimiz  dost münasibəti olub və olacaq da . Hər zaman qonşu dövlətlərin ərazi bütövlüyünə sayğı göstərmiş və dəstəkləmişik. Prezidentimizin təmkinlə göstərdiyi  siyasi mövqe Azərbaycanı daima çicəkləndirəcək. Hal hazırda Ermənistan dövləti ilə ölkəmiz arasında olan sərhədlərin delimentasiysi aparılır . Bu çox vacib  məsələdir ki, ölkə xarici ticarət əlaqələrinin daha etibarlı ,inamlı olmasına zəmin yaradacaq .Bir çox xarici investorlar bizim ölkə ilə yaratdıqları ticarət əlaqələri bizi sevindirir .Azərbaycan güclü dövlətdir.

Bu inanırıq ki, Biznes forum işgüzar əlaqələr qurmaq üçün çox  yaxşı imkanlar yaradacaq. Hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaranacaq . Hər tərəfli ,sərfəli iqtisadi əlaqələr üçün əlverişli coğrafi mövqeyi olan  Azərbaycanın , investisiya  , ticarət, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri vardir ki, hər tərəfli iqtisadi əlaqələr üçün əlverişli  zəmin yaradır.

Bu bizim üçün çox böyük uğurdur.

Xarici şirkətlərin  İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpa olunan enerji sahəsini də əhatə edir.

Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir.   Müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yollarının yaradılması ən böyük nailiyyətimiz olacaq. Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib . Eyni zaman da azərbaycanın enerji resurslarına ehtiyac çoxdur .Buna sevinmək lazım. Bütün sadalanan uğurlar dövlətin sabaha ən böyük inamıdır.Uğurlu gələcəyə

Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Siyasi sahədə qazandığımız uğurlar  dünyanın  İqtisadi , biznes  ticarət sahəsinə açılan uğurlu sabahımızdır. Biz sülh istəyirik. Bu inamlı , qətiyyətli mübarizədə biz mütləq qalib gələcəyik.Hər zaman ki kimi Prezidentimizin bu çıxışı bizlərə çox şey vəd etdi.Xususən də etibarlı dostluğu.

 

Nəsimi rayonu S.Hacıyev adına 5 N-li tam orta məktəb

Ağalarova Təranə