“Azərbaycan erməni seperatçılarının layiqli cavabını verməyə hər zaman hazırdır”- Tamam Cəfərova

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni seperatçılarının Xankəndidəki qondarma rejimin “prezident seçkiləri” keçirmələri beynəlxalq hüququn norma və prinspilərinə tamamilə ziddir”.  Bunu deyən millət Vəkili Tamam Cəfərovanın sözlərinə görə, heç bir dövlətin və beynəlxalq təşkilatın tanımadığı qondarma rejimin Azərbaycan və Ermənsitan arasında normallaşma prosesinə ciddi zərbə vurmağa hesablanmış bu addımı bütün  hallarda qəbulolunmazdır: “Şübhəsiz ki, xunta rejimin bu hərəkəti onların özlərini və orada yaşayan erməni əhalini aldatmaqdan başqa bir şey deyil. Bütün dünya, eləcə də Ermənsitan Nikol Paşinyanın şəxsində Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, Qarabağı Azərbaycanın tərkib hissəsi qəbul edir. Bu baxımdan deyə bilərik ki, xunta rejimin növbəti seçki şousu da, 30 il ərzində gah “prezident seçkisi”, gah “parlament seçkisi” oyunlarından biridir. Şübhəsiz ki, onların bu qanunsuz əməllərinin layiqli cavabı veriləcək. Görünür, 44 günlük Vətən müharibəsindəki uğradıqları ağır məğlubiyyətdən dərs çıxarmayıblar. Azərbaycanın hərbi-siyasi gücü erməni seperatçılarının layiqli cavabını verməyə hər zaman hazırdır”.