Deputat: “Bu gün belə metodlar Rusiyada və dünyanın müxtəlif ölkələrində var”

“Bunun hansısa məsələ ilə birbaşa əlaqələndirilməsinin tərəfdarı deyiləm”. Bu sözləri deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün müasir hərbdə belə metod (tərsinə A hərfi kimi) və məsələlərdən istifadə olunur: “Bu, daha çox avtomobillərin hansı hərbi hissəyə aid olması ilə bağlı məsələdir və ətrafında elə çox ajiotaj yaradılmasının tərəfdarı deyiləm. Belə bir böyük ajiotajı yaratmağa da ehtiyac yoxdur. Yəni, bu, davamlı olaraq olan bir məsələdir”.

Ceyhun Məmmədov sözlərinə belə davam edib: “Bu gün belə metodlar Rusiyada və dünyanın müxtəlif ölkələrində var. Ola bilər ki, bunun hansısa bir rəmzi mənaları da olsun. Ancaq birbaşa hansısa formada yanlış istiqamətdə təqdim edilməsinin də tərəfdarı deyiləm və hesab edirəm ki, bu kimi məsələlərdə biz mümkün qədər daha diqqətli olmalı, yanlış məsələlərdən uzaq olmalıyıq”.