Azərbaycana yeni səfir təyin olundu

 

711

Habaşnehin namizədliyi təsdiqlənib.

İordaniya Azərbaycana yeni səfir təyin edib.

XALQ.AZ  APA-ya istinadən xəbər verir ki, “The Jordan Times” nəşrinin verdiyi məlumata görə, İordaniya Nazirlər Kabinetinin Şurası Nassar Habaşnehin namizədliyini təsdiqləyib.

Qeyd edək ki, İordaniyanın Azərbaycandakı səfiri Adel Məhəmməd Adeylahın fəaliyyət müddəti 2013-cü ilin avqust ayında başa çatıb.