Azərbaycanda Günəş tutulacaq

07

 

Sabah Azərbaycanda Günəş tutulması baş verəcək. Bu barədə ANS PRESS-ə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib. Onun sözlərinə görə, tutulmanı gözlə müşahidə etmək mümkün olacaq:

“Bakıda tutulma sabah günəş batan zaman, yəni saat 17:24-dən müşahidə etmək mümkün olacaq. Bu tutulmanı paytaxt sakinləri gözlə görə biləcəklər. Təxminən 5,6 dəqiqə müşahidə ediləcək tutulma zamanı günəşin aşağı hissəsində qaralma görünəcək. Paytaxtda günəş təxminən saat 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə ediləcək”.