Azərbaycanda nazirin qardaşı dünyasını dəyişdi

Prado

Bu gün saat 17.30 radələrində Naçıvan MR Şərur rayon Püsyan kəndininin yanında “Toyoto Prado” markalı avtomobil qəzaya düşüb. Qəza nəticəsində Naxçıvan MR daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Abbas Əhmədov dünyasını dəyişib.

Xalq.az-ın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Həkimdostu Mehdiyev öz “Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, Abbas Əhmədovla birlikdə Şərurdakı sərhəd zastavalarının birinin də komendantı dünyasını dəyişib. Hər ikisi iştirak etdikləri toydan Naxçıvana qayıdırmış.

Naxçıvan MR DİN-nin növbətçisi informasiya barədə heç nə bildirmədi.

Allah rəhmət eləsin!