Azərbaycanda uşaqlar arasında təhlükəli xəstəlik yayılıb

 

23

Naməlum virus bədəndəki mayeni azaltmaqla orqanizmdə fəsadlara yol açır

Azərbaycanda son bir aydır təhlükəli xəstəlik yayılıb. Xüsusən uşaqlar arasında yayılmış həmin infeksiya kəskin temperatur və halsızlıqla müşahidə edilir. Məlumata görə, artıq rayonlara ayaq açan bu xəstəliyin müalicəsində həkimlər çətinlik çəkirlər.

Həkimlərin bildirdiyinə görə, sözügedən xəstəliyin yaratdığı fəsad odur ki, virus orqanizmdəki mayeni azaltmaqla məşğul olur. Belə ki, bəzi hallarda virus sutka ərzində 1 litrə qədər suyu “içə bilir”. Bunun təhlükəli olduğunu bildirən səhiyyə işçiləri qeyd edirlər ki, kəskin temperaturu verən əsas cəhət də elə budur.

Antibiotiklərə davamlı olan bu xəstəliyin tək çarəsi kimi, uşaqlara bolluca su içirilməsini, onlara sistemin köçürülməsini məsləhət bilən həkimlər vaxtında tədbir görülməyəcəyi təqdirdə, körpələrin orqanizmində virusun ciddi fəsadlara yol açacağını vurğulayırlar.(JAM.az)