Azərbaycanlı iş adamı 100 milyon dollarla ölkədən qaçdı

Dollar

Adı açıqlanmayan biznesmenin hazırda İsveçrə hökuməti ilə siyasi mühacir statusu almaq üçün danışıqlar apardığı bildirilir 

Azərbaycanda tanınmış iş adamlarından biri bir həftə öncə Avropa ölkələrindən birinə qaçıb.

XALQ.AZ xəbər verir ki, bu barədə JAM.AZ-a Avropadakı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, adı açıqlanmayan həmin iş adamı qaçarkən özü ilə 100 milyon dollara yaxın pul da aparmağı bacarıb. Mənbənin iddiasına görə, Londonda qərarlaşmış azərbayanlı biznesmen orada yaşamağın təhlükəli olduğunu nəzərə alaraq, məkan dəyişdirmək qərarına gəlib. Onun faktiki olaraq İsveçrə hökuməti ilə danışıqlar apardığı deyilir.

Verilən məlumata görə, qeyd olunan biznesmenin İsveçrə hökumətindən istədiyi siyasi mühacir statusudur. Onun bu adla özünü qarantiləyərək, Azərbaycan hakimiyyəti ilə yaşanacaq problemdən sığortalanmaq istədiyi vurğulanır.