Bakı-2015” Avropa Oyunları Avropa idmanının tarixində mühüm rol oynayacaq”

 

98

Avropa Olimpiya Komitəsinin heyəti bildirib ki, “Bakı-2015” Avropanın idman hərəkatında yeni eranı açır.

Azərbaycanın Birinci Xanımı, Azərbaycanın Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri və “Bakı-2015” İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bildirib ki, “Bakı-2015” Avropa Oyunları Avropa idmanının tarixində mühüm rol oynayacaq. Birinci Xanım qeyd edib ki, Azərbaycan xalqı və hökuməti 2015-ci ildə ilk pan-kontinental çox idman növlü tədbirində Avropanın 49 Olimpiya dövlətini bir araya gətirəcək Avropa Oyunlarının dəstəklənməsinə tam sadiq qalır.

Eyni zamanda, Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik edən Birinci Xanım vurğulayıb ki, ilk dəfə Avropa Oyunları Azərbaycanda keçiriləcək: “Bu, Avropanın idman hərəkatında yeni eranın başlanması deməkdir”.

Mehriban Əliyeva Oyunların əsas sahələri, o cümlədən idman və yarış yerləri, texnologiya, nəqliyyat, yerləşmə və kommunikasiya üzrə aparılan işlər barədə təşkilatçılardan növbəti iki gün ərzində təfərrüatlı təqdimatları alacaq Əlaqələndirmə Komissiyasının üzvlərinə bildirib: “Mən bir daha qeyd etmək istərdim ki, Oyunlara Azərbaycan xalqı dəstək verir və biz ölkəmizin Avropa idmanının tarixində olduqca mühüm rol oynayacağından çox şadıq və fərəhlənirik”.

Bununla yanaşı, “Bakı-2015” təşkilatçıları ilk Avropa Oyunlarının keçirilməsi üçün istifadə olunacaq rəmzi məkan və yerlərin bəzilərini ilk dəfə olaraq ictimaiyyətə açıqlayıblar.

Yerli və xarici mediaya Bakıda əcnəbi atletləri və idman tədbirlərini qəbul edəcək bir sıra yerlərin, eləcə də çox məşhur “Avroviziya 2012” müsabiqəsi keçirilib və 2015-ci ildə Avropa Oyunları zamanı voleybol yarışının təşkil ediləcəyi Kristal Sarayın kiçik ön təqdimatı nümayiş etdirilib.

Media turu həmçinin xarici atletlər üçün yeni yüksək standartlı yaşayış və hazırlıq işlərini təmin etmək məqsədilə geniş, lazımi şəkildə seçilib və təchiz edilib yüksək keyfiyyətli otaqlardan ibarət Atletlər Kəndini də əhatə edib.

Tədbirə rəhbərlik edən və tənzimləyən Beynəlxalq Olimpiya Komitəsinin yüksək rütbəli üzvü və Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki bildirib ki,  “Bakı 2015” tədbirin təşkilatçıları atletləri bu Oyunlara hazırlıq işlərinin önünə qoyublar və Kənddə lazımi qaydada qurulmuş və xidmət göstərən otaqlar və yaşayış sahələri isə, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edən atletlər üçün mümkün qədər ən gözəl şəraitin təmin edilməsinə yönəlmiş düşüncənin sübutudur.

Media turu Avropanın 18 idman növü üzrə 49 Olimpiya dövlətindən gələcək 5 min 400-dən çox idmançının iştirakı gözlənilən və dörd ildə bir dəfə keçiriləcək qitənin ilk mühüm pan-Avropa çox idman növlü tədbiri üçün Bakıda planlaşdırılan unikal Oyunlar təcrübəsinə kiçik nəzər salmaq imkanı yaradıb.

Eyni zamanda, Bakı İdman Zalı, Azadlıq Meydanı, Gimnastika Arenası və Olimpiya stadionunun görüntülərini əks etdirən turda Oyunlar üçün məkanların hazırlanması və tikintisi işində böyük irəliləyiş təsvir edilib.

İdman tədbirinin planlaşdırılması işlərinə rəhbərlik edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, biz Oyunlar üçün yeni, mövcud və müvəqqəti məkan və strukturların gözəl kombinasiyasına malikik və 21 stadion ilə qurğuların əksər hissəsinə aid hazırlıq işləri xeyli irəliləyib: “Bu, Oyunlar zamanı atletlər üçün yüksək keyfiyyətli məkanların tərəfimizdən təmin edilməsi üçün gələn aylar ərzində stadion və idman mərkəzlərinin yoxlanılması və mükəmməl şəkildə uyğunlaşdırılmasına diqqət yetirmək imkanını yaradacaq”.

Azərbaycan hökuməti Avropa Oyunlarını beynəlxalq idman təqvimində mühüm tədbir kimi göstərmək, eləcə də yeni hava limanı terminalını, nəqliyyat layihələrini, o cümlədən metro və avtobus sistemlərinə edilən təkmilləşdirməni və bir çox digər infrastruktur və şəhərin abadlaşdırılması layihələrini nümayiş etdirmək üçün Bakının hər yerində geniş miqyaslı hazırlıq işlərinə sərmayə qoyur.

Bakıda Avropa Oyunlarının Təşkilat Komitəsinin baş icraçı nümayəndəsi Cim Şer bildirib ki, biz bu yaxınlarda Oyunlara qalan 600 gün tarixini qeyd etdik və ümidvarıq ki, Bakıya gələn qonaqlar şəhər və qitənin ilk Avropa Oyunlarına vaxtı davamlı şəkildə hesablayan halda get-gedə artan yarış həyəcanı və enerjini hiss etməyə başlaya bilər.