Bakıda ailə dramı

11

Ötən gün axşam saat 21:11 radələrində Bakının Xəzər rayonunda ailə dramı yaşanıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 35 yaşlı X.X. intihara cəhd edib.

Qadın yataq otağına girərək qapını bağlayıb. Uzun müddət sonra ondan heç bir xəbər gəlmədiyi üçün ailə üzvləri narahat olublar. Qapını sındırdıqda qadının döşəmədə huşsuz vəziyyətdə tapıblar. Dərhal hadisə yerinə təcili yardım çağırılıb.

Qadına ilkin yardım göstərilib. Lakin onu özünə gətirmək mümkün olmadıqda xəstəxanaya aparıblar. Məlum olub ki, qadın çoxsaylı dərman preparatı qəbul edib. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, qadın həyat yoldaşı tərəfindən aldadılırmış. Qadın bundan xəbər tutub. Ərindən bunun səbəbini soruşduqda təhqirə məruz qalıb.

Ailəsinin dağılacağından və aldadıldığından psixoloji sarsıntı keçirən X.X. özünü öldürmək qərarına gəlib.