“Vid-fason”u olsa da, yevropeyski, ürəklərdə yaşayacaq Sovetski”
Əməkdar artisti Eyyub Yaqubov hazırda söküntü işləri aparılan Sovetskiyə həsr olunan mahnı ifa edib.
Əməkdar artist bəstəkar Elçin İmanov ilə birlikdə hazırladığı “Sovetskiy” mahnısını sosial şəbəkədə təqdim edib.
“Allaha çox şükür bu ərəfədə – “Sovetski”nin təmtəraqla sökülməsi ərəfəsində bu mahnını hazırladıq, Allah bu mahnını Elçin qardaşımıza ilham etdi. Doğrudan da, mahnıda deyildiyi kimi “vid-fasonu olsa da, yevropeyski, ürəklərdə yaşayacaq Sovetski”. Sovetskinin köhnə adamlarına eşq olsun”-, ifaçı mahnı haqda təəssüratlarını bölüşüb. //aktual.az