Bakıda bankın sistemi çökdü

 

86

Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb

Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb. Bu barədə banka müraiət edən müştərilər  məlumat veriblər.

fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: “İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1-2 saat ərzində problem həll olunacaq”,- deyə bürodan bildirilib.İşçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunur. Şahidlər bildirib ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.