Bakıda Beynəlxalq Forum keçirilir

7

Azərbaycanda III Bakı Beynəlxalq Humanitar Forum öz işinə başlayıb. SİA-nın məlumatına görə, Forum bəşəriyyətdə  maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

2010-cu ilin Forumunun təşəbbüsçüləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun həmkarı, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev idi.

Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ, gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır. Foruma həmçinin “Dünyanın ən böyükləri” dəvət olunurlar, bunlar dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləridir. İnsan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli tapılır. Forumun qloballaşma dövründə humanitar problemlərə aid olan və bəşəriyyətin ürək ağrısını özündə əks etdirən mövqeləri Bakı Bəyannaməsində işıqlandırılır.

Forumun məqsədi dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Bu şüuru həyəcanlandıran, çox aktual mövzular arenasında sadə insandan dövlət liderinədək hamı eyniliklə eşidə və eşidilə bilər. Forumun vəzifəsi – ideyalar, nəzəri və praktiki bilik mübadiləsi,  konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasıdır. Forumun nəticəsi, beynəlxalq təşkilatlara, ölkə liderlərinə və ayrılıqda hər bir şəxsə tövsiyələr və müraciətlərdə təcəssüm olunur.

Qeyd edək ki, Forum ildə bir dəfə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilir. Bura bütün iştirakçılar şəxsən dəvət olunurlar. Forumun işçi dilləri – Azərbaycan, Rus və İngilis dilidir.