Qarabağ problemi regionun potensialının reallaşdırılmasına mane olur

 

9

“Dağlıq Qarabağ probleminin həll edilməməsi bu regionun potensialının tam şəkildə reallaşdırılmasına mane olur”. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl bu gün III Bakı Beynəlxalq Hümanitar Forumunda çıxışı zamanı bəyan edib.

S.Dəmirəl münaqişənin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması əsasında və sülh yolu ilə həllinin vacib olduğunu deyib: “Ermənistan Azərbaycan və eyni zamanda Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulmasının ona verəcəyi üstünlükləri anlamalıdır”.