Bakıda bir kəllə ilə qətl

Kelle

Bakıda bir kəllə ilə adam öldürüldü. Nizami rayonu, Naxçıvani küçəsində Kəlbəcər rayon sakini Aqşin Abdullayev Bakı şəhər sakini Heydər Ağayevin sifətinə başı ilə zərbə vurub. Huşunu itirən H.Ağayev xəstəxanaya yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, A.Abdullayev artıq tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.