Şeyx haqqında kitab çap olundu

Seyx

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə haqqında yeni kitab çap olunub.

XALQ.AZ-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadla verdiyi məlumata görə, Azərbaycandakı Nobel İnformasiya Mərkəzinin nəşr etdirdiyi kitab “Şeyxülislam Allahşükür Paşazadə görkəmli din xadimi, sülhməramlı elçi” adlanır.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabda Şeyxülislamın həyat və fəaliyyətinin əsas məqamları, görkəmli dövlət və elm xadimlərinin fikirləri, müəllifi olduğu, haqqında yazılmış əsərlər öz əksini tapıb.

Dörd bölmədən ibarət kitab Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 65 və Bütün Qafqazın 12-ci Şeyxülislamı kimi fəaliyyətinin 35 illiyinə həsr edilib.

Azərbaycan, rus və ingilis dillərində təqdim olunan əsər QMİ sədrinin həyat və fəaliyyəti ilə maraqlanan mütəxəssislər, tədqiqatçı alimlər, din xadimləri, ilahiyyatçılar, tələbələr, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.