Facebook-da bu tələlərdən uzaq durun!

FB

Facebook sosial şəbəkəsində xeyli sayda tələlər aşkar olunur.

XALQ.AZ-ın məlumatına görə, hesabınıza istədiyiniz yerdən asanca və sərbəst daxil ola bilmək imkanı profilinizi təhlükəyə ata bilər. Facebook hesabınıza daxil olarkən diqqət yetirməyiniz lazım olan bir neçə əhəmiyyətli xüsusiyyət var. Bunlardan biri tanımadığınız, sizə kənardan gələn reklam vəya tətbiqlərdir. Facebook reklamlarına daxil olsanız bu, virus və xüsusi məlumatların ortaya çıxmasına səbəb olur.

Xakerlər hər zaman ən məşhur olan şeylərin boşluqlarından faydalanırlar. Son zamanlar Facebook “qarmaq” texnikasını istifadə edən spamların hədəfi halına gəlib. Bu hücum növünün tələsinə düşənlərin profilləri xakerlərin əlinə keçir. Bundan qorunmaq üçün həmin reklam və tətbiqləri açmayın və spam olaraq bildirin.

Az qala bütün veb saytları artıq Facebook və Twitter düymələrini istifadə edir. Səhifədəki Facebook əlaqəsi gerçəkdirsə o zaman heç bir problem yoxdur. Lakin xakerlər gerçək paylaş düyməsinə bənzəyən bir düymə istifadə edərək sizi saxta bir sayta yönləndirir. Bununlada sizin şəxsi məlumatlarınızı oğurlayırlar. Bu tələdən qorunmaq üçün hər hansı bir veb saytını ziyarət etmədən əvvəl ayrı bir səhifədən Facebook-a daxil olun. Daha sonra yeni bir səhifədə bu veb saytlarını ziyarət edin. Bu yolla tələlərdən sığortalana bilərsiniz.

Təhlükəsizlik ilə bağlı risk yaradan digər bir sahə isə Facebook hesabınız ilə məlumat alış-verişi edə bilən tətbiqlərdir. Facebookda xeyli sayda saxta tətbiqlər mövcuddur. Bundan qorunmaq üçün tətbiqi yükləmədən əvvəl mütləq digər istifadəçilər tərəfindən verilən şərhləri araşdırın.

Şifrə oğurluğuna ən çox səbəb olan hallardan biri də ortaq kompüterləri istifadə edərək Facebooka giriş etməkdir. E-poçta ünvanınızı daxil etdiyiniz yerin altında olan “Məni girmiş saxla” düyməsini bir çox istifadəçi bilmir. Bu isə sosial şəbəkədə sizin təhlükəsizliyiniz üçün bəzi hallarda problem yaradır.

Bütün bu variantlar Facebook məlumatlarınızı oğurlamaq istəyən xakerlər tərəfindən tərəfindən tez-tez istifadə olunur. Bunun üçün hər zaman rəsmi Facebook səhifəsi vasitəsilə sosial şəbəkəyə daxil olun. Yalnız etibar etdiyiniz üçüncü növ tətbiqlərdən istifadə edin.