Bakıda güclü külək nəticəsində 20-dən çox ağac sınıb

Bakıda güclü külək nəticəsində 20 ağac sınıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə güclü külək nəticəsində bu gün saat 15-30-a şəhərdə 20 ağac sınıb, 30-dan çox ağacın budaqları qırılıb.

 

Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.