Deputat MDB-nin Parlamentlararası Assambleyası Şurasının iclasında iştirak edir

Milli Məclisin deputatı İqbal Məmmədov MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında iştirak edib.

Millət vəkili  İqbal Məmmədov bildirib ki,MDB Parlamentlararasi Assambleyasi Surasinin baş katibinin müavini, Azərbaycan Milli Məclisinin MDB PA -da salahiyyatli nümayandəsi  Aydın Cəfərovla birlikdə aprel ayinin 2-5 tarixilərində Rusiya Federasiyasınin Sankt-Peterburq şəhərində səfədədirlər

Deputat qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası    Assambleyasına (MDB PA) üzv ölkələrin parlament nümayəndələri və müxtəlif vəzifəli şəxslrlə birlikdə MDB PA-nın gələcək büdcəsinin formalaşdırılması və icrası ilə əlaqədar Büdcə-Nəzarət Komissiyasının iclasında iştirak edirik. İclasda öz təkliflərimizi təqdim etmişik.

 

İclasda MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə baxılır assambleyanın gəlir və xərclər smetasında, habelə qurumun fəaliyyətinin bir sıra istiqamətlərinin maliyyə təminatlarında dəqiqləşdirmələrin aparılması müzakirə edilərək digər məsələlər nəzərdən keçirilir deyə deputat qeyd edib.