Bakıda qorxulu anlar

qorxu

Paytaxtın Nizami rayonu ərazisində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Mercedes” markalı avtomobillə paytaxt sakinini vuraraq öldürüb.

Hadisə dünən saat 22 radələrində paytaxtın Nizami rayonu M.Əliyev küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini Kamil İmamaliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yura Məmmədovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.