Bakıda yanğın: 10 nəfər təxliyə edildi

Ev yandi

Bakının Nərimanov rayonunda mənzil yanıb.

Xalq.az-ın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 1 otağına və dəhlizinə yığılmış məişət tullantıları 30 kv.m sahədə və ev əşyaları 4 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə edilib və 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Stansiyasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın baş verən mənzildə iki kimsəsiz qadın yaşayır. Tüfeyli həyat tərzi sürən qadınlar küçələrdən məişət tullantılarını evə daşıyırlarmış. Qonşuların şikayətlərindən sonra dəfələrlə ev təmizlənib və yığılan məişət tullantıları daşınsa da qadınlar son günlərə qədər evə zibil daşımaqda davam ediblər.