Bakıda yeni metro tikilir

 

66

Bakı Metropoliteninin yeni stansiyasının inşasına başlanılmışdır

 

Bakı Metropoliteni paytaxtın Nəsimi rayonu ərazisində – Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında) yeni stansiyanın inşasına başlamışdır.
Bakı Metropolitenindən AzərTAc-a bildirmişlər ki, bu stansiya “Bənövşəyi xətt”in davamı, yəni üçüncü stansiya olacaqdır.
Yeni stansiya C.Məmmədquluzadə küçəsinin üzərinə düşdüyünə görə həmin küçədən keçən nəqliyyat vasitələri üçün kənardan alternativ avtomobil yolu çəkilmişdir. Əlavə olaraq yerin altından keçən elektrik, qaz, su, kanalizasiya, rabitə xətlərinin də yeri dəyişdirilməlidir. Sonradan isə “Bənövşəyi xətt”in dördüncü stansiyasının inşasına başlanacaqdır.