Bakının mərkəzində yangın

 

44

 

Yanğın binanın havalandırılma sisteminin nasazlığından yarandığı ehtimal edilir

Hazırda paytaxt Bakıda güclü yanğın başlayıb.
Bu barədə sosial şəbəkələrdə məlumat və foto yayımlanıb. Yanğın Hökümət evinin arxasındakı yeni tikilidədir.


Virtualaz.org saytının hazırda həmin ərazidə olan müxbiri bildirir ki, Üzeyir Hacıbəyli küçəsi, 75-89 ünvanında baş verən yanğına görə mərkəzi küçədə nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə yanğınsöndürən maşınlar axışıb. Amma yanğın davam edir. Binanın bir tərəfi tamam alovlar içindədir.


Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın Fikrət Əmirov, 2 ünvanındakı binada qeydə alınıb. Yanğın 4-cü mərtəbədən yuxarıda başlayıb. Yanğınsöndürən briqadaları hadisə yerinə gediblər. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından daha sonra bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.


Yanğın binanın havalandırılma sisteminin nasazlığından yarandığı ehtimal edilir.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın artıq lokallaşdırılıb.


Fövqəladə Hallar Nazirliyinin ən son məlumatına görə, yanğın artıq söndürülüb.