Baş redaktoru DSX-də əsassız olaraq saxladılar

fariz

13.07.2014-cü il, təxminən səhər saat 07-30 radələrində,Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Mətbuat Şurasının üzvü “Araz Media” ictimai-siyasi qəzetinin və eyni adlı internet qəzetinin baş redaktoru Fariz Quliyev, Qazax rayonu ərazisindən, Gürcüstana 3 günlük istirahətə getmək istəyərkən, DSX-ın “Sınıq Körpü” Sərhəd Buraxılış Məntəqəsinin əməkdaşları tərəfindən kobudcasına təhqir olunaraq, zorakılıqla növbətçi hissədə saxlanılmış və əsassız olaraq, polis xidməti vasitəsi ilə Qazax rayon Polis Şöbəsinə aparılmışdır. Fariz Quliyev sərhəd məntəqəsində çox mədənı, təmkinli, etik normalara uyğun davranmış, vəsiqəsi vasitəsi ilə özünü təqdim etmişdir. Lakin bu sərhədçilərin qəti vecinə olmamışdır. Əksinə onu qıcıqlandırmaq üçün Azərbaycan Mətbuatı barə də nalayiq sözlər işlətmişlər. Polis şöbəsində, araşdırma zamanı, baş redaktor barəsində heç bir ciddi nöqsan aşkarlanmamışdır. Fariz Quliyev polis şöbəsində heç bir zorakılıq və qanun pozuntusu halları ilə qarşılaşmamışdır. Onu polisdə bir neçə saat saxladıqdan sonra sərbəst buraxmışlar. Fariz Quliyev isə, polisə aparılmamışdan öncə, keçid məntəqəsində olarkən, əvvəllər tanıdığı, bir vaxtlar kəndçiləri olan, erməni və kürd əsilli, zabit və gizirlərlə qarşılaşmışdır. O zaman baş redaktor üçün çoxlu müəmmalı suallar meydana çıxmışdır. Görəsən, DSX-ın komandanı, cənab Elçin Quliyev bilirmiki, rəhbəri olduğu qurumda erməni əsillilər çalışır? Görəsən, DSX-ya qəbul zamanı, kadr kimi işə qəbul olunacaq şəxslərin əsli-kökü ilə maraqlanılmır? Görəsən doğrudanmı, cənab general vətənin sərhəddən başladığının fərqində deyil və bu məsuliyyətli işə əsl Azərbaycanlıların cəlb olunmasının vacibliyini dərk eləmir? Fariz Quliyev yaxın günlərdə erməni əsilli sərhədçilərin siyahısını mətbuata və Milli Təhlükəsizlik Nazirliyinə açıqlayacaq.
Baş yazar həmçinin Azərbaycan Mətbuat Surasının, onun pozulmuş hüquqlarının bərpa olunmasına yardımçı olacağına inanır. Ona da ümid edir ki, DSX rəisi, cənab Elçin Quliyev, Fariz Quliyevi əsassız incidənləri rəsmi şəkildə cəzalandıracaq. Bu gün isə, Yasamal rayon polis idarəsindən Fariz Quliyevə bildiriblər ki, onu Azercell-in polisə məktubu əsasında, 86 manat borca görə saxlayıblarmış.