BMT-nin baş katibidə “Selfi” çəkdirdi

BMT

BMT-nin baş katibi Pan Gi Mun da “selfi” çəkdirib. Xalq.az-ın məlumatına görə, dünən Dünya bankında “Yoxsulluğa son” adlı tədbir keçirilib. Tədbirdə dünyanın hər yerindən yoxsulluqla mübarizə aparan gənclər toplanıb. Burada toplaşan gənclər yoxsulluğa son qoymaq üçün layihələr təqdim edib. Onların hamısının ortaq bir nöqtəsi var: onlar yoxsulluqdan azad olmaq istəyir. Tədbirdə gənclər 2030-cu ilə kimi yoxsulluğa son qoya biləcəklərini açıqladılar.

Tədbirdə 4 gənc Dünya Bankının qrupunda, Vaşinqtonda idi. Onlar tədbirin sonun da Pan Gi Mun ilə birlikdə “selfi” çəkdirməyi də unutmadılar.

Qeyd edək ki, son zamanlarda “selfi” çəkdirmək məşhur siyasətçilər arasında da geniş yayılıb.