Gədəbəydə avtomobil dərəyə aşdı, sürücü öldü

Qeza-2

Gecə saatlarında Gədəbəy rayonun ərazisində ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib.

Xalq.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonunda “VAZ” markalı minik avtomobili dərəyə yuvarlanıb.

Nəticədə, sürücü avtomobildən kənara çıxaraq, aldığı müxtəlif bədən xəsarətləri nəticəsində həlak olub.

Hadisə yerində olan yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi dərədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:07-də başa çatıb.