Qocalar evində yanğın: ölənlər var

Yangin

Türkiyənin İzmir şəhərindəki qocalar evində baş verən yanğın ölümlə nəticələnib.

Xalq.az-ın xəbərinə görə, İzmirin Çiğli rayonundakı qocalar evlərindən birində meydana gələn yanğında 25 qocadan 2 nəfəri dünyasını dəyişib.

Tüstüdən təsirlənən 25 nəfər isə xilasedicilər tərəfindən müxtəlif xəstəxanaya çatdırılıb.

Yanğın gecə saat 00:00 radələrində baş verib. Yanğını görən yaxınlıqdakılar dərhal hadisəyə müdaxilə ediblər. Hadisə ilə əlaqədar bölgəyə 13 təcili yardım, 39 səhiyyə işçisi və 12 yanğınsöndürən maşınla 60 nəfərlik xilasetmə qrupu cəlb edilib.