Bölgələrdə aksiya keçirildi

 

 

11

Aşüra günü ilə əlaqədar paytaxtda və çöləglərdə aksiya keşirildi

 

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi birgə Aşura günü ilə əlaqədar paytaxtda olduğu kimi bölgələrdədə qanvermə aksiyası keçirmişlər.Xalq.az xəbər verir ki, aksiya ənkəran,Cəlilabad,Biləsuvar,Lerik, Ağdaş, Gəncə, Migəçevir, Astara,Salyan, Hacıqabul, Quba, Sabirabadda və başqa şəhər və rayonlarda keçirilib. Xalq.az xəbər verir ki, qana ehtiyacı olan xəstələrə kömək məqsədilə təşkil olunan humanitar tədbirdə şəhərin dindarları, icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər iştirak etmişlər.Mərkəzi Qan Bankının regional filialının həkim briqadası aksiyada iştirak edənlərin sağlamlıq durumunu yoxladıqdan sonra onlardan qan götürülmüşdür.Yerli sakinlər bu cür xeyirxah tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişlər.