Şeyx Allahşükür Paşazadə qan verdi

 

82

Aşura günü ilə bağı Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları təşkil etmişdir.
Xalq.az  xəbər verir ki, qanvermə aksiyaları Bakıdakı В.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuzioloqiya İnstitutunda, Təzəpir, Bibi-Heybət, Mir-Mövsüm ağa, Qaraçuxur, İçərişəhər Cümə, Hacı Soltanəli, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər Cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər Cümə məscidində təşkil olunmuşdur.
Saat 13:00 -a olan məlumata görə respublika üzrə 2645 nəfər qanvermə aksiyasında iştirak etmişdir. Bu barədə В.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuzioloqiya İnstitutun kiliniki diaqnostika laboratoriyasının müdiri Elxan Nağıyev jurnalistlərə açıqlamasında demişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə də Aşura günü ilə bağlı Təzəpir məscidində qan vermişdir. A.Paşazadə jurnalistlərə müsahibəsində bütün müsəlmanlara başsağlığı vermiş, Allahdan bizim şəhidlərimizə Kərbəla şəhidləri ilə birgə rəhmət diləmişdir.
Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə ediləcəkdir.