Bölgələrdə qurtuluş günü (2)- Foto

Naftalanda Milli Qurtuluş günü qeyd olundu

Naftalan şəhərində 15-iyun Milli Qurtuluş günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri  ilə yanaşı şəhər ictimaiyyəti də iştirak edib.
Tədbir iştirakçıları öncə Ulu  Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra şəhərin Heydər Əliyev Parkında Naftalan şəhər İcra Hakimiyyətinin və “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin birgə təşkilatçılığı ilə “15 iyun –Milli Qurtuluş Günü” münasibətilə ümumşəhər bayram konserti təşkil edilib.
Tədbirdə qeyd olunub ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Bayram konsertində respublikamızın tanınmış müğənnilərinin çıxışları şəhər sakinlərin,yerli və xarici qonaqların alqışları ilə qarşılanıb.Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilib.


15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.

15 iyun – Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Mərkəzində, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, gənclər və idman, mədəniyyət, və peşə ixtisası müəssisələrində silsilə tədbirlər keçirilir. Toplantılarda 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açılır, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər haqqında geniş məlumatlar verilir. Çıxışlarda diqqətə çatdırılır ki, ötən dövrdə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrində əldə edilmiş dirçəliş məhz Milli Qurtuluş Gününün bəhrəsidir. Elə bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını – Milli Qurtuluş Gününü ümumxalq bayramı kimi qeyd edir. Diqqətə çatdırılır ki, bu gün Azərbaycan etibarlı əllərdədir. Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş ölkə kimi respublikamızın nüfuzu dünyada durmadan artır.

 


15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.


Qobustan rayonunda 15 İyun “ Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirildi.

Qobustan rayonunda 15 İyun “ Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirildi. Rayon ictimaiyyətinin nümayəndələri Ulu öndər, dahi şəxsiyyət  Heydər Əliyevin  abidəsi önünə qızılgüllər, tər qərənfillər düzdülər.

Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.İlk növbədə rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov cənabları çıxış edərək bütün Qobustanlıları əziz və müqəddəs bayram olan “Milli Qurtuluş günü” münasibətilə səmimi-qəlbdən təbrik etdi, Ulu öndər Heydər Əliyevin xalqımızın tarixindəki müstəsna xidmətlərindən bəhs etdi. O,qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əlirza oğlu Əliyevdir.
Bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır.
Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini bildirdilər.

Rəsmi hissə bitdikdən sonra tədbir Gənclər Mərkəzində  rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı geniş konsert proqramı ilə davam etdirildi. Sənətçilərin çıxışları tədbir iştirakçıları tərəfindən yüksək səviyyədə qarşılandı.


15 İyun – Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kollektivlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik etdi, xoş arzularını çatdırdı. Bildirdi ki, bu günlərdə xalqımız dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu mühüm tarixi hadisənin – xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsinin növbəti ildönümünü, 15 İyun-Milli Qurtuluş Gününü böyük bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Ulu öndərin 25 il əvvəl – 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə respublikada vətəndaş müharibəsinin qarşısı alınmış, dövlətimizin ərazisinin parçalanması təhlükəsi aradan qalxmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi başlanmışdır.
Hamımıza məlumdur ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, xalqın heç bir dəstəyi olmadan hakimiyyəti ələ keçirmiş, xalq tərəfindən seçilməmiş ozamankı iqtidar Ermənistanın dövlətimizə qarşı açıq hərbi təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq və digər bu kimi təxirəsalınmaz tədbirləri həyata keçirmək əvəzinə, yalnız öz hakimiyyətini qorumağa çalışırdı. O zaman xalq hərəkatı dalğasında siyasi səhnəyə çıxan Azərbaycan Xalq Cəbhəsinin liderləri ilə iqtidar arasında hakimiyyət davası gedir, ölkədə xaos, özbaşınalıq hökm sürür, ayrı-ayrı şəxslərə, siyasi qruplara məxsus qanunsuz silahlı dəstələrin yaradılması Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi. Belə bir vəziyyətdə Ermənistanın silahlı qüvvələri torpaqlarımızın işğalını genişləndirirdi və bu da Azərbaycan xalqına qarşı bəşər tarixinin ən böyük qırğınlarından olan Xocalı soyqırımının həyata keçirilməsi ilə nəticələndi. Hakimiyyətdən uzaqlaşdırılan Ayaz Mütəllibov rejimini heç bir dövlət idarəçiliyi təcrübəsi olmayan Azərbaycan Xalq Cəbhəsi əvəz etdikdən sonra çox keçmədi ki, ölkəmiz böyük problemlərlə üz-üzə qaldı.
Belə bir vəziyyətdə Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürürdü. Hər gün ölkənin müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir və Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, digər tərəfdən, özünün yaratdığı problemlərdən çıxış yolu tapa bilməyən AXC–Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi.
1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya gəlişi Azərbaycanı xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşdü.
Həmin il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən şanlı günlərindən biri yaşandı: Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu öndər fədakarlıqla: “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, – söylədi.
Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın əsl memarı, qurucusu idi. Bu gün iqtisadiyyatımız sürətli inkişafına, ordumuzun gündən-günə güclənməsinə, dünya elminə sürətlə inteqrasiya olunan elm və təhsilimizin, hər zaman dövlət qayğısı ilə əhatə olunan mədəniyyətimizin inkişafına, Azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsinə, bir sözlə, müstəqil respublikamızın yeni tarixinin yaradılmasına o fenomen şəxsiyyətin, yenilməz sərkərdənin bizə miras qoyduğu zəngin irs, strategiya nəticəsində nail olunmuşdur.
15 iyun tarixi eyni zamanda Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümü olduğunu vurğulayan natiq ulu öndərin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın müstəqil dövlət kimi dünyada tanındığını, iqtisadi inkişafına görə inkişaf etmiş dövlətlər sırasına qoşulduğunu, beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və iri miqyaslı enerji layihələrini həyata keçirdiyini vurğuladı.
Sonra tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi və onun siyasi fəaliyyəti haqqında məruzə edərək o dövrdə respublikada cərəyan edən hadisələr haqqında ətraflı məlumat verdi.
Daha sonra tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, rayon təhsil şöbəsinin əməkdaşı Qafur Xosiyev qeyd etdilər ki,  Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Ulu Öndər böyük risklərə baxmayaraq, xilaskarlıq missiyasını cəsarətlə üzərinə götürdü. Biz bu gündə bu Qurtuluşun bəhrələrini görür və həyatımızda hər an hiss edirik.
Sonda rayon icra hakimiyyəti başçısı tədbir iştirakçılarını bir daha bayramlar münasibətilə təbrik etdi, son illər cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Dövlət Proqramlarının uğurla icra edildiyini və 2018-ci ildə cənab Prezidentin müvafiq sərəncamları ilə rayonda görüləcək işləri diqqətə çatdırdı.


Laçınlılar 15 İyun – Milli Qurtuluş Gününü qeyd etdilər

2018-ci il 12 iyun tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti  məskunlaşdıqları  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon  toplantısı keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri müstəqil Azərbaycanın yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin Laçın Rayonu İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü  ziyarət etmiş, Ulu öndərə  hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirərək büstün önünə tər güllər düzmüşlər.
Daha sonra Laçın Rayonu İcra Hakimiyyətinin inzibati binasının iclas zalında Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli  açıq elan etdikdən sonra, bu tarixi bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmiş,  15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətindən bəhs edərək Milli Qurtuluşun Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası olduğunu, müasir tariximizin Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışını müstəqil dövlətçiliyimizi anarxiyadan,  parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdiyini bildirən rayon rəhbəri, Azərbaycanın sürətli və dinamik inkişafının məhz Qurtuluş günü ilə başlamasını bir daha vurğulayaraq Heydər Əliyev siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə “Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin və bugünkü inkişafının təməlidir” mövzusunda məruzə dinlənilmişdir. Məruzə ətrafında çıxış edənlər qısa bir zamanda iqtisadi tənəzzülün  qarşısını alan Heydər Əliyevin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və Ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf kursunun cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini, Azərbaycanın bu gün dünya birliyində özünə layiqli yer tutduğunu və iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayandığını bildirmişlər. Həmçinin bildirilmişdir ki, Azərbaycan xalqı öz xilaskarının xidmətlərini unutmamış və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə, ümumxalq bayramı kimi qeyd edirlər.
Tədbirin sonunda Ulu öndər Heydər  Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından bəhs edən “15 iyun – Mllli Qurtuluş Günü tarixin şanlı səhifələri” adlı film nümayiş olunmuşdur.


Milli Qurtuluş Günü şərəf tariximizdir

Ölkəmizin hər yerində olduğu kimi Şəkidə də 15 İyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilir.

Tədbirlərdə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunur, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldiyi vurğulanır.

Çıxışlarda Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edilir, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanır. Bildirilir ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.
İyunun 15-də Milli Qurtuluş günü münasibətilə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binasının qarşısındakı abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərə hörmət və ehtiramlarını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.


Şuşa rayon İcra Hakimiyyətində «15 iyun- Milli Qurtuluş Günü» qeyd edilmişdir


15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş ümumşəhər tədbiri və bayram konserti təşkil olundu.

*****

ZƏRDABDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLDİ

15 iyun Milli Qurtuluş günü münasibətilə Zərdabda ümumrayon mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra yığıncağın rəsmi hissəsi rayonun Heydər Əliyev Mərkəzində davam edib. Tədbir iştirakçıları əvvəlcə , Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxa baxmışlar.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəhman Feyzullayev vurğulayıb ki, Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd edən ölkəmiz ümummilli lider Heydər Əliyev qüdrətindən güc alaraq bütün çətinlikləri və problemləri dəf etmiş, demokratik, hüquqi və dünyəvi dövlət qurmuş, azad, müstəqil yaşamaq iqtidarında olduğunu bütün dünyaya sübut etmişdir. Natiq qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 15-də respublikanın siyasi hakimiyyətinə rəhbərliyə yenidən qayıtması xalqımızın çoxəsrlik tarixinə dövlətçiliyimizin Qurtuluş Tarixi kimi daxil olmuşdur.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin sosial-iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş uğurlu addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir.

Zərdab Rayon İcra Hakimiyyəti



Samux rayonunda “15 iyun-Milli Qurtuluş Günü “ münasibəti ilə ümumrayon tədbiri keçirildi

“15 İyun- Milli Qurtuluş Günü” münasibəti  ilə  Heydər Əliyev Mərkəzinin akt  zalında tədbir  keçirilmişdir. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi istirahət parkında ucaldılmış möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısının aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri iştirak etmişdir.
Tədbir “Milli Qurtuluşdan intibaha” adlı sənədli filmin nümayişi ilə başladı.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev yığıncağı açaraq, öncə Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını və bütün samuxluları təbrik etdi və bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu öndər – Heydər Əliyevdir.
Ulu öndərin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür. Hamımızın qəlbində yaşayan, sevgilərimizin məbədinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevin ideyalarına bütün samuxlular hər zaman sadiq  qalacaqlar.
Tədbirdə çıxış edən natiqlər çıxışlarında ötən əsrin 90-cı illərində respublikamızda baş verən ictimai-siyasi prosesləri geniş təhlil etmiş, ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən azad olunduğunu xüsusi vurğulamışlar.


15 iyun Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirildi

Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon nümayəndəliyinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunan bayram tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıldı. Bayram əhval-ruhiyyəli çıxışlar, musiqi nümunələri ilə davam edən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.


Tovuzda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

 

 

Orxan