Bolqarıstan millisində pul davası

Bolqar

Futbol üzrə Azərbaycan yığmasına qarşı Avropa çempionatının seçmə mərhələsi oyunu öncəsi Bolqarıstan millisinin futbolçuları mükafatla bağlı ölkə futbol federasiyası (BFS) ilə çəkişmələrə start veriblər.

XALQ.AZ-ın məlumatına görə, milli komanda Avropa çempionatının final mərhələsinə yüksələcəyi təqdirdə BFS-dən 2,2 milyon mükafat tələb edib.

Lakin BFS bu tələbi yerinə yetirməkdən imtina edib. Yığma komandanın aparıcı simaları ilə BFS rəhbərliyinin görüşündə tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

UEFA Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan hər ölkənin Futbol Federasiyasına 5,5 milyon avro verəcək. Milli komanda da bu məbləğin qazanılmasında əsas pay sahibi olduğu üçün yerli Federasiya qarşısında belə tələblə çıxış edib.

Qərara alınıb ki, tərəflər Azərbaycanla oyundan sonra yenidən danışıqlar masası arxasına keçsinlər.