Bu günün hava proqnozu

Hava

Bu gün Bakıda və Abşeron yarımadasında aprelin 4-də günün birinci yarısınadək buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə havanın yağıntılı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, arabir gücənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 04-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Qərb küləyi əsəcək.  Havanın temperaturunun gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz aprelin 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 05-də arabir güclənən gilavar küləyi və ötən günlə müqayisədə temperaturun xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər