Cəlilabadda Beynəlxalq Müəllimlər Günü qeyd olunmuşdur

 

03

Cəlilabad şəhərində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edənlər əlamətdar gün münasibətilə müəllimləri təbrik etmişlər. Qeyd olunmuşdur ki, son illər respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da təhsilin maddi-texniki bazası möhkəmləndirilməsi sahəsində mühüm işlər görülmüş, müəllimlərin sosial vəziyyəti xeyli yaxşılaşdırılmışdır. Bu gün təhsilə, müəllimə göstərilən diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir.
Bayram süfrəsi ətrafında davam edən mərasimdə rayonun bir qrup qabaqcıl müəlliminə rayon icra hakimiyyətinin fəxri fərmanları, respublika olimpiadasında yüksək yerlər tutmuş şagirdlərə hədiyyələr təqdim olunmuşdur.