Çarli Çaplin seks aludəçisi olub

Carli

Ağ-qara və səssiz filmlərin ölümsüz qəhrəmanı Çarli Çaplin haqqında yazılan bioqrafik yazılardan biri oxuyanları şoka salıb.

Xalq.az-ın xəbərinə görə, Çarli Çaplin haqqında hazırlanan bioqrafik yazılardan birində seks aludəçisi olaraq göstərilib. İki minə qədər qadınla münasibətdə olduğu, üstəlik, yaş etibarilə də olduqca kiçik qadınlar seçən Çaplinin həmin qadınlara qarşı kobud və zorakı davrandığı deyilir.

Yazıda bildirilir ki, 88 il ömür sürən aktyor 4 dəfə evlənməsinə baxmayaraq, gənc qızlara hər zaman həddindən artıq maraq göstərib. Çaplin 1918-ci ildə ilk olaraq 16 yaşlı aktrisa Mildred Harris ilə evlənib. Onların evliliyi 2 il davam edib. Mildred Harris Çaplinin tez hirslənən, səbrsiz və özünü axmaq yerinə qoyan biri kimi xarakterizə edib.

Çaplinin ikinci evliliyi 15 yaşlı Lita Qrey ilə olub. Daha doğrusu, ondan hamilə qalan Qrey ilə evlənmək məcburiyyətində qalıb. İkinci yoldaşıyla da xoşbəxt olmayan aktyor onu “kiçik fahişə” adlandırıb. Lita Qrey isə onu onu iyrənc meylləri olan seks aparatına bənzədib.

Aktyorun digər evlilikləri də problemli olub. Qısqanc olmaqla yanaşı, hər zaman yoldaşlarının sevgisini itirmək qorxusu yaşayan məşhur aktyor heç də sədaqətli olmayıb. Peter Akroydun yazdığı bioqrafiya ilə iki “Oskar” mükafatı almış “Hollivud” aktyorunun həyatında bəzi nöqtələri gündəmə gətirəcəyi görünür.

Psixoloqlar isə uşaqlıq illərində Çarli Çaplinin problemlər yaşamasının gələcək həyatında özünü göstərməsini gözlənilən bir hal olaraq göstəriblər.

Qeyd edək ki, Çarli doğulduqdan qısa bir müddət sonra atası evi tərk edib, anası isə yaşadığı depressiya səbəbilə onunla maraqlana bilməyib. Beləliklə onda ömür boyu itirmək qorxusu yaranıb.