Çayda batan yeniyetmənin cəsədi tapılıb

FHN-1

Araz çayının Beyləqan rayonu ərazisindən keçən hissəsində (“Aran” sularda xilasetmə məntəqəsindən, təxminən, 200-210 km məsafədə, nəzarət olunmayan ərazidə) 1999-cu il təvəllüdlü İbrahim Fərhad oğlu Ağayev batıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

İ.Ağayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Yaxınlarının verdiyi məlumata görə, İbrahim Ağayevin cəsədi yaşadığı Tərtər rayonuna gətirilib.