Ceyhun Məmmədov: “Fransa bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır”

“Təəssüf ki, Avropada islamofob meyillər getdikcə artır. Bir sıra ölkələrdə Quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır”.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, həmin ölkələrin başında Fransa durur:

“Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir”.