Dənizdə köməksiz qalan 3 nəfər xilas edildi

Deniz

Azərbaycanda dənizdə köməksiz qalan 2 nəfərin köməyinə xilasedicilər çatıb.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda, dənizdə, “Novxanı” sularda xilasetmə məntəqəsindən təxminən 1000 m məsafədə, nəzarət olunmayan ərazidə 2 nəfər skuterin yanacağının qurtarması səbəbindən köməksiz vəziyyətdə qalıb.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunublar.

Daha bir nəfər isə “Zağulba-1” sularda xilasetmə məntəqəsi ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Bu şəxs də FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.