Bakıda sürücülər arasında dava

Avtobus-2

Bakıda sürücü sərnişin avtobusuna hücum edib.

XALQ.AZ-ın məlumatına görə, Yasamal rayonu ərazisində gecə vaxtı 77 saylı avtobus sürücüsü ilə “Opel” markalı maşının sürücüsü arasında mübahisə yaranıb. Avtobus sürücüsünün “Opel”in sahibinə “heyvan” deməsi onu qəzəbləndirib. O, maşından düşərək avtobusa hücum edib.

Sərnişinlərin köməkliyi ilə sürücülərin davasının qarşısı alınıb.

Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsindən “Milli.Az”a bildirilib ki, belə bir hadisə barədə onlara məlumat daxil olmayıb.

Nəqliyyat Nazirliyindən isə bildirdilər ki, sürücülərin qayda pozmalarından tutmuş, onların mədəniyyət səviyyələrinin yüksəldilməsinə qədər nazirlik tərəfiəndən iş aparılır. Həmçinin sürücülərin kurslara getməsi üçün işlərə də başlanılıb.