Dağ Yəhudiləri İcmasının keçmiş sədri vəfat etdi

Bakı Dağ Yəhudiləri İcmasının keçmiş sədri Semyon Borisoviç İxiilov vəfat edib.

Bu barədə XALQ.AZ-a Semyon İxiilovun yaxınları məlumat verib.

Semyon İxiilov Ulu öndər Heydər Əliyev Sərəncamı ilə 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 2010-cu ildə isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.