Polis idarəsində ölüm

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.

Məlumata görə, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.

İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.

Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümlün olmayıb.

Faktla bağlı araşdırma aparılır.